“Ulduz”un növbəti sayı çap olunub

“Ulduz”un növbəti sayı çap olunub
6 avqust 2019
# 16:24

Jurnalın iyul sayı Balayar Sadiqin "Ədəbi vicdanın gülümsəyən çağları” adlı ekspert yazısı ilə açılır.

Kulis.az xəbər verir ki, Şəfiqə Şəfa “Özüylə söhbəti...”ni və hekayəsini təqdim edir. “Şeir vaxtı”nda Hidayət Sönməz, Nazim Əhmədli və Roma Xosrovdur.

“Ulduz”un bu sayında Bəhruz Xəlil, Kənan İsmayıl, Rəfail İncəyurd, İltimas Səmiminin şeirlərini oxuya bilərsiniz. "Debüt”də Aydın Cavaddır.

“Nəsr”də Vaqif Nəsib, Zemfira Məhərrəmli, Şəhla Aslan, Fidan Malik Qızının hekayələrini oxuya bilərsiniz. "Tribuna”da Bilal Alarlıdır. Vahid Qazi "Tənhalıq dövrünün adamları”ndan, Səxavət Sahil "Səməd Vurğunun məktubları”ndan yazır. Xuraman Hüseynzadə "İtirilmiş yazıçı nüfuzunu qaytaran əsər”dən söz açır.

"Tərcümə saatı”nda Məlahət Qənbərovanın təqdimatında Mar Bayjiyevin”Mənim göyərçinim” hekayəsini oxuya bilərsiniz. "Dərgidə kitab”da "Memuar” kitabıyla Əhməd Ələsgərdi.

Bu dəfə "Ulduz” ulduzlu nəşrlər seriyası Furqanın "Şeircəsinə” kitabını oxucularına hədiyyə edir.

# 1690 dəfə oxunub

Müəllifin son yazıları

# # #