Tbilisidə Bülbülün xatirəsi anılıb

Tbilisidə Bülbülün xatirəsi anılıb
24 iyun 2019
# 09:47

Tbilisidə Azərbaycanın opera müğənnisi, peşəkar vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün xatirəsi anılıb.

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi bu münasibətlə anım tədbiri təşkil edib.

Tədbir iştirakçıları əvvəlcə dahi sənətkar Bülbülün Tbilisinin mərkəzi Qorqosali küçəsində, Kür çayının sahilindəki büstü önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

Muzeydə davam etdirilən tədbirdə Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva dahi sənətkar Bülbülün anadan olmasının 122-ci ildönümünün geniş qeyd edildiyini bildirib. O, SSRİ Xalq artistinin yaradıcılığından danışıb.

Sonra gənc musiqiçilər Ramin və Rasim Pirməmmədov qardaşları tarda və pianoda Bülbülün əsərlərini, eləcə də Azərbaycanın xalq musiqi və mahnılarını ifa ediblər. /azertag.az/

# 1953 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #