Qobustan qoruğunda elektron musiqi

Qobustan qoruğunda elektron musiqi
19 aprel 2019
# 11:54

Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda “Solong” layihəsinin təqdimatı olub.

Bu barədə layihənin prodüseri Sahil Umud məlumat verib. Bildirib ki, məqsəd Azərbaycanın tarixi məkanlarında elektron musiqinin təbliğidir: "Layihəyə yerli professional Dj prodüserləri cəlb etmişik. İlk çəkilişə Dj Estgamin və Kamil Esteni dəvət etdik. Hər iki Dj Azərbaycanın ən məşhur məkanlarında çıxış edir. Ölkəmizdə elektron musiqi janrına maraq böyükdür. Biz də istədik ki, bu musiqini daha geniş kütləyə təqdim edək. Bunun üçün Azərbaycanın tarixi məkanlarını seçdik. Layihənin “YouTube” kanalı da fəaliyyətə başlayıb. "Solong" kanalına abunə olmaqla insanlar Azərbaycanın tarixi məkanlarını elektron musiqi ilə sintez şəklində kəşf edə biləcəklər".

"Solong" layihəsinin səs mühəndisi Həsən Ağayev layihənin Bakı və regionlarda yerləşən tarixi məkanlarda davam etdiriləcəyini qeyd edib.

"Solong" layihəsi gənclərin və həmçinin turistlərin böyük marağına səbəb olub. /azertag.az/

# 2350 dəfə oxunub

Müəllifin son yazıları

# # #