Qaraqanın yeni romanı nəşr olunub

Qaraqanın yeni romanı nəşr olunub
3 aprel 2019
# 13:03

Məşhur azərbaycanlı repçi, yazıçı Qaraqanın (Elxan Zeynallı) yeni kitabı çap olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, “Art və Xaos” adlanan kitab TEAS Press nəşriyyatında çap olunub.

Romanın qəhrəmanı rok ifaçısı Eydendir. Roman meqapolisə köçən, sıradan biri olmaqdan ləzzət ala-ala yaşayan, arzuladığı azadlığa qovuşan rokçu ulduzun Art və Xaosla üzləşdikdən sonra daha böyük ziddiyyətlərlə və suallarla üz-üzə qalmasından bəhs edir.

TEAS Press Qaraqanın müəllif hüquqlarını aldığını və bundan sonra yazıçının kitablarını nəşr edəcəyini bəyan edib.

# 3235 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #