Elnarə Akimova elmlər doktoru oldu

Elnarə Akimova elmlər doktoru oldu
25 dekabr 2017
# 10:43

Ötən həftə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Dissertasiya Şurasının iclası keçirilib və tanınmış tənqidçi, filologiya elmləri namizədi Elnarə Akimova elmlər doktoru adını alıb.

E.Akimovanın Kulis.aza veridyi xəbərə görə, “Müstəqillik dövrü Azərbaycan poeziyası müasir ədəbi təmayüllər kontekstində” adlanan doktorluq işinin elmi rəhbəri Teymur Kərimlidir.

Rəsmi opponentlər akademik Nizami Cəfərov, professor Şirindil Alışanlı və filologiya üzrə elmlər doktoru Paşa Əlioğludur.

Xatırladaq ki, E.Akimova filologiya üzrə ən gənc elmlər doktorudur.

# 1106 dəfə oxunub

Müəllifin son yazıları

# # #