Məşhur yazıçı Trampdan üzr istədi

Məşhur yazıçı Trampdan üzr istədi
3 avqust 2017
# 11:08

Britaniya yazıçısı Coan Roulinq ABŞ prezidenti Donald Trampı tənqid etdiyi üçün ondan üzr istəyib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə Roulinq Trampı əlil arabasındakı uşağa diqqətsizlik göstərdiyinə görə tənqid etmişdi.

“Bir çox mənbələr mənə bildirdilər ki, prezidentin əlil arabasındakı uşağa diqqət göstərməməsi ilə bağlı “tvit”lərim həqiqətə uyğun deyil. Mən həmən videoda fiziki qüsurlu insanlara qarşı etinasızlığa olan münasibətimi dəqiq ifadə etmişəm.” – Roulinq yazıb.

O daha sonra əlavə edib ki, əgər tvitləri ilə həmən oğlanı və onun ailəsini də incidibsə onlardan da üzr istəyir.

Qeyd edək ki, yazıçı bir müddət əvvəl Ağ Evin rəhbərini səhiyyədə islahatlarla bağlı konfrans zamanı əlil arabasındakı oğlana diqqət göstərmədiyinə görə tənqid etmişdi.

# 1067 dəfə oxunub

Müəllifin son yazıları

# # #