Elçinin "Baş" romanı çap olunub

Elçinin "Baş" romanı çap olunub
30 oktyabr 2019
# 15:09

Xalq yazıçısı Elçinin romanı çap olunub

Kulis.az-ın verdiyi xəbərə görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçinin “Baş” romanı işıq üzü görüb.

Romandakı hadisələr XVIII əsrin ilk onilliyində, Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqaz tarixinin ən gərgin və mürəkkəb dövründə cərəyan edir. Əsər tarixi roman olmaqla yanaşı, həm psixoloji, həmdə bəzi məqamlarda ustalıqla mistik çalarlardan istifadə edilmiş əsərdir.

İlk dəfə 2015-ci ildə çap olunan “Baş” romanı artıq bir çox dillərə tərcümə olunub və böyük populyarlıq qazanıb.

“Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalara paylanılacaq.

# 1768 dəfə oxunub

Müəllifin son yazıları

# # #