“Sevil” operası nümayiş ediləcək

“Sevil” operası nümayiş ediləcək
22 oktyabr 2019
# 18:41

Oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cəfər Cabbarlının “Sevil” pyesinin motivləri əsasında görkəmli bəstəkarımız Fikrət Əmirovun qələmə aldığı eyniadlı operanın tamaşası nümayiş ediləcək.

Kulis.azın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, C.Cabbarlının xatirəsinə həsr olunmuş tamaşada əsas rollarda Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər İlahə Əfəndiyeva, İnarə Babayeva, Səbinə Vahabzadə, Cahangir Qurbanov, Əliəhməd İbrahimov və Tural Ağasıyev çıxış edəcək.

Opera dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov tərəfindən idarə olunacaq.

# 4069 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #