“Xəzər”in yeni sayı çapdan çıxıb

“Xəzər”in yeni sayı çapdan çıxıb
21 oktyabr 2019
# 09:45

“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı nəşr olunub.

Jurnalın bu sayında “Nobel kürsüsü” rubrikasında - Patrik Uaytın “Qadın əli” romanı; “Azərbaycan ədəbiyyatı” rubrikasında Musa Urudun şeirləri; “Korifeylər” rubrikasında Frans Kafkanın pritçaları təqdim edilib.

Jurnaldakı “Rus ədəbiyyatı”, “İlahi keçid”, “Hekayə”, “İspan poeziyası”, “Roman”, “Memuar”, “Kino”, “Teatr” və “Dünya uşaq ədəbiyyatı kitabxanası” rubrikalarında oxucular Anton Çexovun “Çöl” hekayəsi, “Tövrat”dan tərcümə, Vladimir Nabokovun müsahibəsi və “İşarələr və əlamətlər” hekayəsi, Federiko Qarsia Lorkanın şeirləri, Varqas Lyosanın “Polemino Moleronu kim öldürüb” romanı, Salvador Dalinin “Salvador Dalinin gizli həyatı”, Federiko Fellini ilə kino tənqidçisi Covanni Qratsisininin söhbəti, Georgi Tovstonoqovun “Səhnə güzgüsü” əsərindən hissələr və Sakarias Topeliusun “Ağcaqayın və ulduz” nağılı ilə tanış ola biləcəklər.

# 2046 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #