Devid Linç fəxri “Oskar” alacaq

Devid Linç fəxri “Oskar” alacaq
4 iyun 2019
# 14:51

“Hollywood”un Kinematoqrafiya üzrə Elm və İncəsənət Akademiyasının idarəetmə şurası kinorejissor Devid Linçə kinomatoqrafiyaya verdiyi töhfəyə görə fəxri “Oskar” mükafatı verməyi qərara alıb.

Kulis.az xəbər verir ki, bu barədə bazar ertəsi Akademiyanın saytında xəbər verilib.

Devid Linç – Amerika sərbəst kinosunun nümayəndəsi, Kann festivalının “Qızıl palma budağı” və Venesiyanın “Qızıl şir” mükafatının qalibidir. Öz karyerası boyu 10 tammetrajlı film çəkib. Onlardan “Fil adam” (The Elephant Man, 1980), “Mavi məxmər” (Blue Velvet, 1986), “Vəhşi ürəklər” (Wild at Heart, 1990) filmləri artıq klassikaya çevrilib. Tənqidçilər qeyd edirlər ki, rejissor Qventin Taranino, Robert Rodriqez və Koen qardaşları kimi kino fenomenlərini qabaqlayıb.

Mükafatın təqdimetmə mərasimi oktyabrın 27-də “Hollywood and Highland Center”də keçiriləcək.

# 1627 dəfə oxunub

Müəllifin son yazıları

# # #