Sumqayıt şəhərində Muğam Mərkəzinin tikintisinə başlanılıb.
ONA-nın yerli bürosunun məlumatına görə, şəhər rəhbərliyinin təşəbbüsü ilə Sumqayıt bulvarında inşasına başlanılan Muğam Mərkəzi zirzəmi və iki mərtəbədən ibarətdir. Muğam Mərkəzinin 400 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq.
Ərazisi 2800 kvadratmetr, ikimərtəbəli binadan ibarət olacaq Muğam Mərkəzində qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar fəaliyyət göstərəcək.
- Tərcümə Mərkəzi yeni kurslar elan edir
- Teatr işçilərinin apellyasiya şikayəti rədd edildi
- İnsan bədəni ilə bağlı bu faktlar sizi heyrətləndirəcək
Mərkəzdə muğamın sirlərinə yiyələnmək üçün 14 sinif otağı nəzərdə tutulub.