Kukla Teatrı "Çəkməli pişik" tamaşasını onlayn nümayiş etdirəcək

Kukla Teatrı "Çəkməli pişik" tamaşasını onlayn nümayiş etdirəcək
24 sentyabr 2020
# 11:30

Sentyabrın 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkədən məşhur Fransa yazıçısı Ş.Perronun nağılının motivləri əsasında hazırlanan “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Cahangir Zülfüqarovdur. Xüdbinlik, lovğalıq və yalançılığın komik oyun üslubu ilə tənqid olunduğu tamaşada Qoca dəyirmançının kiçik oğluna miras kimi qalan pişiyi və onun sayəsində sahibinin zəfərləri ön plana çıxarılır.

Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında saat 12-də yayımlanacaq.

# 1911 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #