Çingiz Abdullayevlə görüş olub

Çingiz Abdullayevlə görüş olub
1 aprel 2019
# 17:21

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına mərkəzi kitabxanasının oxucuları Xalq yazıçısı Çingiz Abdullayevlə görüşdə iştirak ediblər.

Görüşdə yazıçı həyat və yaradıcılığından, əsərlərinin qəhrəmanlarından və onların taleyindən geniş söhbət açıb. O, müasir dövrün sosial problemlərindən, gənc nəslin tərbiyəsindən, milli-mənəvi dəyərlərdən də danışıb. Görüşdə, həmçinin Çingiz Abdullayev oxucularının, ictimaiyyət və KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

Sonda Xalq yazıçısı oxuculara avtoqraflar verib və onlarla birgə fotoşəkillər çəkdirib.

Görüşdən fraqmentlər kitabxananın “Youtube” kanalında yerləşdirilib. /azertag.az/

# 1697 dəfə oxunub

Müəllifin son yazıları

# # #