Məşhur gürcü aktyoru vəfat edib

<b>Məşhur gürcü aktyoru vəfat edib</b>
27 mart 2019
# 10:40

Məşhur sovet gürcü aktyoru Nodar Mqalobaşvili vəfat edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, xalq artisinin 87 yaşı var imiş.

Mqalobaşvili Mark Zaxarovun “Sevginin formulu” filmindəki qraf Kaliostro rolu ilə şöhrət qazanıb. Aktyorun filmoqrafiyasında 30-dan artıq film var.

Xatırladaq ki, 2001-ci ildə Mqalobaşvili Gürcüstanın ən yüksək dövlət mükafatı olan “Şərəf ordeni”ndən etiraz əlaməti olaraq imtina edib. O, bəyan edib ki, hakimiyyət onun qürurunu tapdayıb; “illərlə ölkənin aparıcı teatrında işlədikdən sonra o, pul qazanmaq üçün Rusiyadakı dostlarından hər hansı bir filmdə rol verilməsini xahiş edib”.

# 2034 dəfə oxunub

Müəllifin son yazıları

# # #