Dahi rejissora zorlama ittihamı

Dahi rejissora zorlama ittihamı
4 oktyabr 2017
# 17:39

Məşhur rejissor Roman Polanski ilə bağlı zorlama ittihamı irəli sürülüb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, İsveçrə prokurorluğuna bu barədə şikayət ərizəsi yazılıb.

Şikayət 61 yaşlı Renat Lenqer tərəfindən edilib. Onun sözlərinə görə, təcavüz 1972-ci ildə baş verib.

Prokurorluq məsələylə bağlı araşdırmaya başlayıb və şikayətin əsaslı olduğu təsdiq olunduğu təqdirdə müvafiq tədbirlər görüləcəyi bildirilib.

Xatırladaq ki, avqust ayında yenə Polanski haqqında zorlama ittihamı irəli sürülmüşdü.

# 1394 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #