Polis generalının 25 illik sirri

Polis generalının 25 illik sirri
26 avqust 2015
# 11:18

Taylandın Naxon Ratçima şəhərində polis 47 yaşlı şəxsi həbs edib. Kulisin xarici mətbuata istinadən verdiyi xəbərə görə həbs olunan şəxs özünü yüksək rütbəli polis zabiti kimi təqdim edirmiş.

Hadisənin qəribəliyi ondadır ki, ailəsi, iki qızı və əhatəsində olanların hamısı ona inanırmış. Adı Fumipat Loedzanavan olan şəxs əslində gözmuncuğu alveri ilə məşğul imiş.

Fumipatin Facebook səhifəsinə polis generalı formasında paylaşdığı şəkli ələ verib. Onun insanları inandırmaq üçün rəsmi tədbirlərə polis paltarı geyinərək xatirə şəkli çəkdirməsi də üzə çıxıb.

Taytland polisi həbs olunan şəxsin evində bir neçə sənədsiz silah, yüzlərlə güllə, gülləkeçirməz jilet və polis uniforması tapıb.

Fumipat Loedzanavan verdiyi ifadədə polis uniformasına uşaqlıqdan aşiq olduğunu deyib. Polis hazırda onun bu uniforma ilə cinayət törədib-törətmədiyini araşdırır.

# 1084 dəfə oxunub

Müəllifin son yazıları

# # #