Rusiyanın Moskva vilayəti, Serpuxov Şəhər Musiqili Dram Teatrının aktyoru Ramil Əzimov vəfat edib.
APA-nın chehov-vid.ru saytına istinadən verdiyi xəbərə görə, 41 yaşlı aktyor onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Aktyorla vida məraismi bu gün Serpuxov Şəhər Musiqili Dram Teatrında keçiriləcək. Mərhum Bakıda dəfn olunacaq.
- Sənin nə yalançı ayaqların var? - Natiq Məmmədlinin hekayəsi
- “Qılınc və qələm” romanı özbək dilində nəşr olundu
- Səbuhi Hüseynov: "Həqiqət" Ən qısa hekayə
Ramil Əzimov 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru kimi səhnə həyatına başlayan R.Əzimov 2005-ci ildən Rusiyada fəaliyyət göstərirdi.
Ailəlidir, üç uşağı var.
Allah rəhmət eləsin.