Xalq yazıçısı Elçin “Stalin” adlı pyes yazıb.
O, bu barədə APA-ya verdiyi müsahibədə danışıb. Yazıçı bunları deyib:
“Ömrümün böyük bir hissəsi Sovet İttifaqında keçib. Sovet İttifaqı yaxşısı, pisi ilə birlikdə unikal ölkə olub. Bu ölkənin yaranması və sonra da şərəfsizcəsinə süqutu tarixi hadisə idi. Mənə maraqlıdır görüm, o vaxt mən hansı ölkədə yaşamışam, bu, nə cür ölkə olub? Biz kimlərin rəhbərliyi altında yaşamışıq? Bu baxımdan son illərdə oxuduğum kitablar arasında da bədii əsərlər azdır, əsas etibarı ilə memuarlar, o dövrdəki rəhbərlərin - Leninin, Stalinin, Trotskinin, Yaqodanın, Yejovun, Beriyanın, Xruşşovun, Bağırovun, Jdanovun, başqalarının haqqındakı yazılar, onların öz xatirələri, Politbüronun iclaslarının stenoqramları, xarici sovetşünasların yazdıqları, repressiya sənədləri və s.dir. Bu düşüncələrin nəticəsi olaraq özüm üçün də gözlənilmədən Stalin haqında pyes yazdım.”
- "Selena" nın aktyoru vəfat etdi
- "Müharibə olsa, gedən olmayacaq,"- deyənlər - Elnaz Eyvaz
- Zəlimxan Yaqubun yeni kitabının təqdimatı keçiriləcək
Xatırladaq ki, pyesi Rus Dram Teatrı qəbul edib.
Yaxın gələcəkdə səhnələşdiriləcəyi gözlənilir.