Tanınmış teatrşünas vəfat edib

Tanınmış teatrşünas vəfat edib
1 avqust 2019
# 08:24

Azərbaycan teatrşünaslığına ağır itki üz verib.

Tanınmış teatrşünas, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, teatrşünas Kəmalə Cəfərzadə vəfat edib.

Kulis.az-ın verdiyi xəbərə görə, teatrşünas 69 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Kəmalə Cəfərzadə teatr haqda elmi məqalələrin, portet yazilarinin onlarla tərcümənin müəllifi idi. Xeyli müddət Teatr Xadimləri İttifaqında çalışan Kəmalə Cəfərzadə həm də yazıçı Əzizə Cəfərzadənin övladlığa götürdüyü qohumu idi.

# 3211 dəfə oxunub

Müəllifin son yazıları

# # #