Məşhur türk aktyoru vəfat etdi

Məşhur türk aktyoru vəfat etdi
27 may 2019
# 10:15

Məşhur türk aktyoru Eşrəf Kolçak vəfat edib.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor uzun sürən xəstəlikdən sonra, 92 yaşında dünyasını dəyişib.

Eşrəf Kolçak 180-dən artıq kino və televiziya filmlərində iştirak edib. 1950-60-cı illərdə türk kinematoqrafiyasının melodram və qəhrəmanlıq filmlərilə xüsusən -“Namus uğrunda”, “Düşmən yolları, “Bir sürücünün gizli dəftəri” kimi filmlərlə məşhurlaşan Eşref Kolçak pop ulduzu Harun Kolçakın atasıdır.

# 1903 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #