Şair Qəşəm Nəcəfzadə ilə görüş

Şair Qəşəm Nəcəfzadə ilə görüş
2 may 2016
# 12:35

Azərbaycan Dövlət Pedaqoji Universitetində Qəşəm Nəcəfzadə ilə tələbələrin görüşü keçirilib. Bu barədə Kulis.az şair özü məlumat verib.

Tədbiri filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov açıb: ”Bu tədbir tələbələrin arzusu ilə keçirilir. Burda hamı sərbəstdir. Yaxşı sual və cavablar, oxunan şeirlər haqqında maraqlı fikirlər şair və oxucu dialoqunda üzə çıxacaq. Ona görə ki, dəvət etdiyimiz şair Azərbaycan Yazıçılar Birliyi “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiridir, müasir ədəbi prosesin içindədir.”

Buludxan Xəlilovun çıxışından sonra tələbələr şairin şeirlərini söylədilər, suallar ünvanlandılar.

Tədbirin sonunda şair yeni şeirlərini oxuyub, “Adı Qəşəm” şeirlər kitabını tələbələrə hədiyyə edib.

# 1154 dəfə oxunub

Müəllifin son yazıları

# # #