Orxan Pamuk fəxri sədr olacaq

Orxan Pamuk fəxri sədr olacaq
13 iyul 2015
# 09:47

“Duzlu su: Düşüncə formaları nəzəriyyəsi” adlanacaq 14-cü İstanbul Biennalesi 5 sentabrdan 1 noyabra qədər açıq olacaq.

Biennalenin veb səhifəsində yayılan xəbərə görə, builki böyük sənət tədbirində dünyanın dörd yanından 80-dən çox sənətkar 1500-dən artıq əsərlə iştirak edəcək.

Əvvəlki İstanbul biennale tədbirlərindən fərqli olaraq, builki biennale bir yerdə yox, Bosfor boğazının hər iki sahilində 30-dan artıq məkanda təşkil olunacaq; muzeylərdə, otellərdə, bağlarda, məktəblərdə, dükanlarda, hətta qayıqlarda və şəxsi evlərdə.

Amerikan yazıçısı, tədbirin kuratoru Carolyn Christov-Bakargiev biennalenin adını belə izah edib:

“Duzlu su, soda insan həyatı üçün çox zəruridir. Rəqəmli dünyayla isə tutmur. Smartfonunuz adi suya düşsə, sonra işləyər, amma sodalı suya düşsə, sonra heç vaxt işləməz. 14-cü İstanbul Biennalesini də gəzmək üçün duzlu su üzərində bərəylə xeyli o yana, bu yana keçmək lazım gələcək”.

Nobel mükafatlı romançı Orxan Pamuk 14-cü İstanbul Biennalesinin Rəhbərləri və Dostları Beynəlxalq Şurasının fəxri sədri olacaq.

Oxu zalı

11-ci İstanbul Biennalesinin giriş qapısı

# 1297 dəfə oxunub

Müəllifin son yazıları

# # #