Elçin Əlibəyli TV-dən getdi

Elçin Əlibəyli TV-dən getdi
16 noyabr 2019
# 10:47

Bu barədə aparıcı özü “El bizim, sirr bizim” verilişində açıqlama verib.

Kulis.az xəbər verir ki, tanınmış televiziya aparıcısı Elçin Əlibəyli televiziyadan getdiyini açıqlayıb.

“Xəbəriniz var, kimin vətəninə çevrilmişik? Üç badam və bir qozun vətəninə çevrilmişik. Bu sizinlə mənim sonuncu görüşümdür. Mən də öz sənətimə, peşəmə dəyər verdiyim üçün "sənətin, peşənin aşağılandığı yerdə olmaram" deyə şüarını irəli sürürəm. Və burda sizinlə, televiziya ilə vidalaşıram. Sağ olun.”

Xatırladaq ki, ötən ay Elçin Əlibəyli Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyülməsi ilə gündəmə gəlmişdi.

# 8072 dəfə oxunub

Müəllifin son yazıları

# # #