Pelevindən yeni kitab gəlir

Pelevindən yeni kitab gəlir
22 avqust 2019
# 12:00

Rus postmodernist yazıçı Viktor Pelevinin yeni kitabı çap olunub.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, “Yüngül toxunuşlar sənəti” adlanan 3 povest dərc olunub: “Saturn”, “Yüngül toxunuşlar sənəti” və “Zəfərdən sonra müharibə”.

“Müəllif bu nəşrdə özünəməxsus incəlik və lağedici üslubla bu günkü Rusiyanın xüsusi mistik yolu haqda fikirlərini və qədim dini təcrübəsini bu gün ölkədə baş verənlərin ironik təsviri ilə birləşdirib. Ümumiyyətlə, kitabda müasir intellektual yazıçıda sevdiyimiz hər şeyi tapa bilərik: mürəkkəb metaforalar, amansız və incə yumor və mifologiyaya çoxsaylı göndərmələr” – deyə kitabın annotasiyasında qeyd olunub.

# 2032 dəfə oxunub

Müəllifin son yazıları

# # #