Varis “Puşkin mükafatı” aldı

Varis “Puşkin mükafatı” aldı
3 iyun 2019
# 13:28

İyunun 2-də Moskva şəhərində - Hökumət evinin Böyük Konfrans zalında Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin qərarı ilə bir qrup ictimai və ədəbi xadim nüfuzlu "Puşkin mükafatı" və “Puşkin medalı" ilə təltif ediliblər.

Kulis.az xəbər verir ki, onların sırasında Azərbaycan yazıçısı Varis Yolçuyev də var.

Mükafatlandırma böyük rus şairi Aleksandr Puşkinin anadan olmasının 220-ci ildönümü münasibətilə düzənlənən təntənəli mərasimdə baş tutub. Ötən il əhəmiyyətli dərəcədə uğur qazanan, bu münasibətlə premial "Rus prozası antologiyası. 2018" və "Rus poeziyası antologiyası. 2018" nəşrlərində dərc olunan yazarlar laureat adını qazanıblar. Təntənəli mərasimdə antologiyanın nəşrləri də təqdim olunub.

Görüntünün olası içeriği: 1 kişi, ayakta ve takım elbise

Mərasim Puşkinin yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya və konsert proloqamı ilə yekunlaşıb.

Fotoğraf açıklaması yok.

# 1886 dəfə oxunub

Müəllifin son yazıları

# # #