Türk Şeiri Günü keçiriləcək

Türk Şeiri Günü keçiriləcək
4 aprel 2019
# 11:42

Aprel ayının 8-də Azərbaycanın şairi Məmməd İsmayılın iştirakı ilə " Türk Şeiri Günü" keçiriləcək.

Kulis.azın verdiyi məlumata görə, Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşkilatçılığıyla baş tutacaq tədbirdə tanınmış qələm adamları, yazarlar və qonaqlar da iştirak edəcək.

Tədbir saat 15-də Yunus Əmrə İnstitutunda (ünvan: Rəşid Behbudov küçəsi.142. Xarici Dillər Universitetinin yanı) keçiriləcək. Giriş sərbəstdir. Arzulayan hər kəs iştirak edə bilər.

# 2152 dəfə oxunub

Müəllifin son yazıları

# # #