Oskarlı rejissor vəfat etdi

Oskarlı rejissor vəfat etdi
29 mart 2019
# 16:14

Fransız rejissoru vəfat edib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, fransız rejissoru Anes Varda 91 yaşında vəfat edib.

O, "Xoşbəxtlik", "Yaradılış", "Puent-kurt" kimi filmlərin rejissoru, Bernardo Bertolluçinin "Parisdə son tanqo" filminin senaristlərindən biri olub. Aqnes Varda “Yeni Dalğa axınının nənəsi” adlanırdı. O, 1950-ci illərdə kinematoqrafiyada “Yeni Dalğa” axınının meydana çıxmasında böyük rol oynayıb. Xidmətlərinə görə 2017-ci ildə fəxri “Oskar” mükafatına layiq görülüb.

# 1690 dəfə oxunub

Müəllifin son yazıları

# # #