Ramiz Əzizbəylidən xəbər var

Ramiz Əzizbəylidən xəbər var
20 iyul 2018
# 14:20

Bu gün tanınmış kinorejissor Ramiz Əzizbəylinin doğum günüdür. Onun 70 yaşı tamam olur.

Kulis.az bu münasibətlə Ramiz müəllimlə əlaqə saxlayıb, onun yubileyini təbrik edib və səhhəti ilə maraqlanıb.

Rejissor vəziyyətinin yaxşı olduğunu bildirib: “Özümü yaxşı hiss edirəm. Bu dəqiqə kürəkənimlə nərd atıram”.

R.Əzizbəyli yubileylə bağlı hər hansı tədbirin olub-olmayacağından danışıb: “Bu günə heç nə planlaşdırmamışıq. Sabaha qalıb”.

Xatırladaq ki, Ramiz Əzizbəyli bir neçə dəfə insult keçirib və həkimlərin nəzarəti altındandır.

# 1003 dəfə oxunub

Müəllifin son yazıları

# # #