Hitlerin kitabı rekord qırıb

Hitlerin kitabı rekord qırıb
5 yanvar 2017
# 11:15

Keçən il Adolf Hitlerin “Mənim mübarizəm” kitabının təkrar nəşri Almaniyada rekord qırıb. Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Adolf Hitlerin məşhur kitabı 85 min nüsxə satılıb.

Naşirlər kitabı satışa 4 min tirajla çıxarmağı planlaşdırsalar da, düşündüklərindən də daha çox oxucu diqqətini çəkib. Bu ilin yanvar ayının sonunda artıq kitabın 6-cı tirajı vurulacaq. Eyni zamanda “Mənim mübarizəm”in fransız nəşri nəzərdə tutulub.

Xatırladaq ki, Adolf Hitler “Mənim mübarizəm” kitabını 1924-cü ildə yazıb. Nasist ideologiyasının aparıcı kitabı hesab olunan “Mənim mübarizəm” milyon tirajlarla çap olunub, müxtəlif dillərə tərcümə edilib.

# 1102 dəfə oxunub

Müəllifin son yazıları

# # #