Varis Moskvada mükafat aldı

Varis Moskvada mükafat aldı
26 dekabr 2016
# 14:18

Yazıçı Varis Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının qalibi olub. Kulis.azın məlumatına görə mükafatlandırma mərasimi dekabrın 24-ü “Şaqal” klubunda baş tutub.

O, «Yanvarın 13 günü» romanı ilə «Fəlsəfi ədəbiyyat» nominasiyasında «müasir yazar» dərəcəsi ilə qalib olub.

Moskva Ədəbiyyat Mükafatı 2015-ci ildə Rusiya Prezidenti Vladimir Putinin həmin ili «Ədəbiyyat ili» elan etməsi şərəfinə, Moskva şəhər rəhbərliyinin təşəbbüsüylə Rusiya Yazıçılar Birliyi, «Rossiyskiy kolokol» ədəbiyyat jurnalı və İnternational Writers Union (İWU) təsisatı tərəfindən təsis edilib.

Mükafat komissiyasının yaydığı rəsmi məlumata görə bu il komissiyaya 5000-dən yuxarı əsər təqdim olunmuşdur ki, onlardan da ən yaxşıları «Fantastika», «Fəlsəfi ədəbiyyat», «Ruhani ədəbiyyat», «Vətənpərvərlik ədəbiyyatı» və «Uşaq ədəbiyyatı» kimi 5 nominasiyada öncə long (uzun), sonra şort (qısa) siyahılara düşmüş, final mərhələsinə vəsiqə qazanıb. Nəhayət, tərkibi gizli saxlanılan münsiflər heyəti gizli səsvermə yolu ilə hər nominasiyadan 3 dərəcə üzrə (1-ci dərəcə: klassik yazar, 2-ci dərəcə: müasir yazar; 3-cü dərəcə: debütant yazar) laureatları müəyyənləşdirilib.

Xatırladaq ki, bu roman 2015-ci ilin dekabrında Moskvada nüfuzlu «Sovremenniki i klassiki» vintaj seriyasından çıxıb.

# 1264 dəfə oxunub

Müəllifin son yazıları

# # #