İrəvan teatrında premyera

İrəvan teatrında premyera
5 noyabr 2019
# 15:14

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı şair-dramaturq İmir Məmmədlinin “Oğru və Doğru” pyesi əsasında hazırlanan yeni tamaşanı təqdim edib.

Kulis.az-ın verdiyi xəbərə görə, səhnə əsəri Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində nümayiş olunub. Tamaşanın bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, rejissor assistenti Bəhruz Hikmətoğlu, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Rollarda Müdvər Nemətova (Afaq), Anar Buludov (Rasim), Niyaməddin Səfərəliyev (Piralı), Rövşən Cəfərov (Gözətçi) və Arzuman Tanrıverdi (Oğru) çıxış ediblər.

# 2061 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #