“Mona Liza” əsəri çürüyür

“Mona Liza” əsəri çürüyür
21 oktyabr 2019
# 11:34

Leonardo do Vinçinin “Mona Liza” tablosu xarab olmağa başlayıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə muzeyin rəssamlıq və qrafika şöbəsinin qoruyucuları söyləyib.

Onların sözlərinə görə, daha əsəri başqa ölkələrə aparmağa icazə verilməyəcək, çünki tablo çürüməkdən kövrəkləşib və Luvr onun harasa daşınmasını məhdudlaşdırıb.

“Daşınma zamanı tablo parçalana bilər” - deyə mütəxəssis əlavə edib.

Onun sözlərinə görə, Mona Lizanın alın hissəsində çat əmələ gəlib və bu çat tablonun səthi boyunca uzanır.

# 1923 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #