47 yaşlı aktrisa vəfat etdi

47 yaşlı aktrisa vəfat etdi
9 aprel 2018
# 13:38

Moskvanın "Müasir pyeslər məktəbi” teatrının aktrisası Anjelika Volkçova vəfat edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa ağır xəstəlikdən sonra dünən, 47 yaşında dünyasını dəyişib. Ağır xəstəliklə mübarizə aparan aktrisa həkimlərə ölüm səbəbini açıqlamağa icazə verməyib.

Əməkdar artistlə vida mərasimi aprelin 10-da teatrda keçiriləcək. Qohumlarının qərarı ilə aktrisa doğma yurdu Penzada dəfn olunacaq.

Azərbaycan tamaşaçılarına "Muxtarın qayıdışı” serialından yaxşı tanış olan aktrisa həmçinin "Londonqrad” və "Qromovlar” serialarında da maraqlı obrazlar yaradıb.

# 923 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #