Tarantino ata olacaq

Tarantino ata olacaq
22 avqust 2019
# 10:42

56 yaşlı Amerikalı rejissor Kventin Tarantino və onun 35 yaşlı həyat yoldaşı Daniella Pik ilk dəfə valideyn olacaqlar.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə cütlük özü rəsmi məlumat verib.

Xatırladaq ki, rejissor isralli müğənni və model Danilella Piklə 2009-cu ildə İsraildə öz “Şərəfsiz alçaqlar” filminin təqdimatında tanış olub və 2018-ci ildə onlar evlənib. Toy Los Ancelesdə olub. Bu Tarantinonun ilk evliliyidir. Əvvəllər o kino ilə məşğul olmaq istədiyini və evlənmək istəmədiyini deyirdi.

# 1763 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #