Bu sərgidə Trampa hər şey edə bilərsən - Fotolar

Bu sərgidə Trampa hər şey edə bilərsən - Fotolar
11 iyun 2019
# 11:01

Şimali İrlandiyanın paytaxtı Befastda təşkil edilən Belfast Fotoqraf Festivalı maraqlı bir sərgi keçirir.

Festivalda “Jump Trump” (Hoppan Tramp) adlı interraktiv sərgi ən diqqət çəkici olanıdır.

Hollandiyalı foqraflar Thomas Mailaender və Erik Kesselsin Golden Thread Gallery-dəki sərgisində ABŞ prezidenti Donald Trampın siması təsvir olunmuş yumşaq meydançalar var. Sərgiyə gələnlər nərdivanla qalxıb bu yumşaq meydançalara - Trampın sifətinə tullana bilərlər. Layihə rəhbərləri bunu insanların siyasi fiqur olan Trampa öz hislərini ifadə etmələri üçün yaratdıqlarını açıqlayıblar.

Sərgini ziyarət edənlər, bir metrə yüksəklikdən Trumpun “üzünə” hoppana bilirlər.

Sərgi, 30 iyuna qədər açıq qalacaq.

# 1611 dəfə oxunub

Müəllifin son yazıları

# # #