Gənc yazarlarımız beynəlxalq ədəbiyyat festivalında

Gənc yazarlarımız beynəlxalq ədəbiyyat festivalında
29 oktyabr 2017
# 15:13

Oktyabrın 28-dən başlayaraq İstanbul Fatih Bələdiyyəsinin təşkilatçılığı ilə Gənc Yazarların Görüşü keçirilir.

Kulis.az-ın məlumatına görə, noyabrın 4-dək keçiriləcək tədbirdə ölkəmizi tanınmış şair, saytımızın və APA TV-nin əməkdaşı Şəhriyar del Gerani və gənc yazar, rejissor Mətləb Muxtarov təmsil edirlər.

20 ölkədən 20-dən çox yazarın qatıldığı festivalda İtaliya, Misir, Portuqaliya, Makedoniya, Suriya, Macarıstan və digər ölkələrdən yazarlar iştirak edirlər.

# 970 dəfə oxunub

Müəllifin son yazıları

# # #