"Xatirə və Xəta" bədii filminin istehsalı başa çatıb.
Kulis.az xəbər verir ki, 2019-cu ilin fevral ayında çəkilişlərinə başlanılan “Xatirə və Xəta” bədii filminin istehsalı başa çatıb. Film polis, həkim və müxbirin dostluğundan bəhs edir.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımovun sözlərinə görə, ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib.