Xasiyyət Rüstəmin kitabları təqdim olunacaq

Xasiyyət Rüstəmin kitabları təqdim olunacaq
20 yanvar 2024
# 16:12

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olunacaq

Kulis.az xəbər verir ki, 24.01.2024-cü il (saat 12:00) tarixində Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın "Kitab dünyası" qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat törəni təşkil olunacaq.

AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğu ilə baş tutacaq tədbirə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular dəvətlidir.

Ünvan: Azərbaycan Yazıçılar Birliyi, (Bakı, Xaqani 25)

# 551 dəfə oxunub

Müəllifin son yazıları

# # #