Xalq yazıçısının 52 il əvvəl yazdığı şeir – Mətn

Xalq yazıçısının 52 il əvvəl yazdığı şeir – Mətn
29 oktyabr 2021
# 11:30

Xalq yazıçısı Mövlud Süleymanlının 52 il əvvəl yazdığı şeiri sosial media hesablarında paylaşıb. Kulis.az həmin şeiri təqdim edir.

Ruhumu yenə də bu axşamçağı,
qatarlar qoparıb apardı...
Yollara mənim tək baxan olsaydı,
kədərimin qırıqlarını tapardı.

Qatarlar keçdi yanımdan,
yollar həsrətimə çatdı.
Pəncərələrdən əllər
üstümə salam atdı...

Söküb dağıtdılar axşamlarımı,
Sallanır üstümdən axşamlar indi
parça-parça paltarı...

Alnımın qırışlarından keçirmiş qatar,
Səfərlər qalırmış alnımda iz-iz...

Sən məni dayanacağa bənzət,
de ki, dayanacağa oxşayırdı
yol qırağında, işıqlı, kimsəsiz...

1969

# 2525 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #