“Xalq yazıçısı Süleyman Rəhimov–125” adlı sərgi keçirilib

“Xalq yazıçısı Süleyman Rəhimov–125” adlı sərgi keçirilib
15 mart 2025
# 13:00

Milli Kitabxanada Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illik yubileyi münasibətilə “Xalq yazıçısı Süleyman Rəhimov – 125” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib.

Kulis.az xəbər verir ki, virtual sərgidə fotolar, görkəmli şəxsiyyətlərin fikirləri, yazıçının mükafatları, əsərləri, həyat və yaradıcılığını əks etdirən ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Ənənəvi kitab sərgisində isə yazıçının əsərləri, redaktoru olduğu, ön söz yazdığı kitablar, həyatı və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş etdirilir.

Qeyd edək ki, Xalq yazıçısı Süleyman Rəhimov "Şamo" və "Saçlı" kimi çoxcildli romanların müəllifidir.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #