Xalq yazıçısı Elmira Axundova ilə görüş keçiriləcək

Xalq yazıçısı Elmira Axundova ilə görüş keçiriləcək
10 fevral 2026
# 12:25

Xalq yazıçısı, ictimai xadim Elmira Axundovanın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir 12 fevral saat 15:00-da Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq.

Ədəbi-bədii gecə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçiriləcək.

Gecədə yazıçının zəngin yaradıcılıq yolu, müasir Azərbaycan ədəbiyyatına və publisistikasına verdiyi töhfələr müzakirə olunacaq. Tədbir iştirakçıları müəlliflə yaxından ünsiyyət qurmaq və onun əsərləri barədə fikirlərini bölüşmək imkanı əldə edəcəklər.

Xalq yazıçısı kitablarını qonaqlara hədiyyə edəcək.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər