Xalq yazıçısı Anarın yeni kitabı çap olundu

Xalq yazıçısı Anarın yeni kitabı çap olundu
19 dekabr 2025
# 16:16

Xalq yazıçısı Anarın “Gəl, qoşulaq durnalara” (“И знают только журавли”) şeirlər kitabı Azərbaycan və rus dillərində nəşr olunub.

Kulis.az xəbər verir ki, kitab “Zərdabi nəşr” MMC tərəfindən çap olunub.

Kitabda Xalq yazıçısının müxtəlif illərdə yazdığı şeirlər və Yazıçılar Birliyinin son qurultayı öncəsi ədəbi-tənqidçi Əsəd Cahangirə verdiyi “Anara 40 sual” (“40 вопросов Анару”) müsahibəsi dərc olunub.

Həyatın və dünyanın faniliyi, ömrün mənası, zamanın keçiciliyi, Vətən həsrəti, qürbət nisgili və s. kimi fəlsəfi mövzulara həsr olunmuş, müəllifin qələm dostları və yaxınlarına, bir sıra görkəmli ədəbiyyat adamlarına ithaf edilmiş, ənənəvi və modern üslubda yazılmış bu şeirlər ədəbiyyatımızın bir sıra problemələri, xüsusən də, 60-cılar ədəbi nəslinin yaradıcılığı üzərində gəzişmələrdən ibarət olan müsahibə rus dilində ilk dəfədir ki, işıq üzü görür.

Layihənin ideya müəllifi Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, kitabın redaktoru Dürdanə Hüseynova, tərcüməçilər Alina Talıbova, Leyla Əliyeva, Fikrət Kazımov, yığıcı-operatoru Nərminə Nəbiyevadır.

# 113 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər