Xalq yazıçısı Anar: "Qarabağ əvvəlkidən də gözəl olacaq" - VİDEO

Xalq yazıçısı Anar:  "Qarabağ əvvəlkidən də gözəl olacaq" - VİDEO
20 oktyabr 2025
# 12:57

İşğaldan azad edilmiş torpaqlara qayıdış ölkəmizin hər bir vətənpərvər insanında böyük sevinc və qürur hissi doğurur. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Böyük Qayıdışın əhəmiyyəti barədə fikirlərini bölüşərkən, işğaldan azad edilmiş ərazilərdə evlərin bərpası və keçmiş məcburi köçkünlərin həmin yerlərə qayıdışı prosesini Vətən müharibəsindən sonra həyata keçirilən ən mühüm və böyük işlərdən biri olaraq qiymətləndirib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır. Xalq yazıçısı Anarla müsahibədən hazırlanmış videoçarxı təqdim edirik.

# 139 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər