Xalq rəssamı Fazil Nəcəfov dəfn olundu

Xalq rəssamı Fazil Nəcəfov dəfn olundu
12 iyul 2023
# 13:50

Xalq rəssamı Fazil Nəcəfov dəfn olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, o, Buzovnadakı qəbiristanlıqda dəfn edilib.

Dəfndə Mədəniyyət Nazirliyinin nümayəndələri, mərhumun ailə üzvləri, yaxınları və sənət dostları iştirak ediblər.

Qeyd edək ki, Fazil Nəcəfov 7 may 1988-ci ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi”, 30 may 2002-ci ildə “Azərbaycan Respublikasının Xalq rəssamı” fəxri adlarına layiq görülüb.

Rəssam 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Xalq rəssamı Fazil Nəcəfov dəfn olunub - FOTO

# 779 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #