Xalq artistinin oğlu evləndi - Foto

Xalq artistinin oğlu evləndi - Foto
24 oktyabr 2023
# 10:14

Xalq artisti Simarə İmanovanın oğlu ailə həyatı qurub.

Kulis.az xəbər verir ki, xanəndə instaqramda toydan şəkil paylaşaraq, ürək sözlərini yazıb:

"Bu çıxış fərqli və özəl idi. Həyəcanı, sevinci, qüruru sözlərlə ifadə olunmayacaq qədər…Oğlum, Allah sizi xoşbəxt etsin. Bir ömürboyu sevib seviləsiniz. Sevginiz daimi, ailəniz möhkəm olsun. Xoş arzularım daima sizinlədir. Allah sizi və sevginizi qorusun".

Qeyd edək ki, S.İmanova 2001-ci ildə Mikayıl Rüstəmov adlı şəxslə ailə qurub. Onların bir oğlu və bir qızı var.

# 1705 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #