Xalq artisti Tofiq Tağızadənin şəxsi arxiv fondu yaradıldı

Xalq artisti Tofiq Tağızadənin şəxsi arxiv fondu yaradıldı
26 fevral 2024
# 15:30

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Tofiq Tağızadənin 105 illiyi münasibətilə şəxsi arxiv fondu yaradılıb.

Kulis.az xəbər verir ki, fonda görkəmli sənətkarın şəxsi fotosənədləri, diplom və fəxri fərmanları, qəzet və jurnal materialları daxil edilib.

Şəxsi arxiv fondunda yer alan sənədlər T.Tağızadənin kürəkəni, Əməkdar artist, aktyor Firdovsi Atakişiyev və digər kinematoqrafçılar tərəfindən təhvil verilib.

# 601 dəfə oxunub

Müəllifin son yazıları

# # #