Xalq artisti Leyla Şərifova vəfat etdi - Video

Xalq artisti Leyla Şərifova vəfat etdi - Video
20 fevral 2024
# 13:29

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni, bəstəkar Leyla Şərifova vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə tacik jurnalisti Odil Nozir məlumat yayıb. Xalq artisti 94 yaşında Almaniyada dünyasını dəyişib.

L.Şərifova 1931 il iyunun 22-də Bakıda anadan olub.

Atası izmirli, anası azərbaycanlı olan sənətçi 1988-ci ildən Almaniyanın Düsseldorf şəhərində yaşayırdı.

Şərifovanın repertuarında türk, əfqan, azərbaycan, türkmən, ərəb, fars, özbək və ispan mahnıları olub.

Şərifova bəstəkar və nəğməkar şair da olub, 10 mahnının sözlərini yazıb. “Qara gözlər” və “Badam çiçəyi” adlı mahnıların müəllifi olub.

# 850 dəfə oxunub

Müəllifin son yazıları

# # #