Xalidə Əliməmmədovanın 50 illik yubileyi qeyd edildi

Xalidə Əliməmmədovanın 50 illik yubileyi qeyd edildi
6 mart 2023
# 10:25

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa Xalidə Əliməmmədovanın 50 illik yubileyi "Göyçək Fatma” tamaşası ilə qeyd edilib.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə tamaşadan əvvəl çıxış edənlər aktrisanın iştirak etdiyi tamaşalardakı obrazları haqqında danışıb və ona yaradıcılıq uğurları arzu ediblər. Çıxışlardan sonra yubilyara Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təbrik məktubu və Fəxri fərmanı, Azərbaycan Teatr Xadimləri ittifaqının Fəxri fərmanı və teatrın diplomu təqdim edilib. Yubilyar göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirib.

Daha sonra tamaşa nümayiş etdirilib. Azyaşlıların böyük sevgisini qazanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rəssamı Mustafa Mustafayevdir.

Tamaşada Xalq artisti Nübar Novruzova, Əməkdar artist Güvşər Şərifova, aktyorlar Zemfira Əbdülsəmədova, Xalidə Əliməmmədova, Asya Atakişiyeva, Ədalət Əbdülsəmədov, Anar Seyfullayev, Sevinc Əziz, İradə Rəşidova, Xaliq Bəkir, Yusif Dadaşov və Mələk Bəxtiyarlı iştirak ediblər.

# 1330 dəfə oxunub

Müəllifin son yazıları

# # #