Məşhur əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin oğlu trans oldu.
Kulis.az xəbər verir ki, bu barədə yazıçı öz feysbuk hesabında paylaşma edib.
Xalid Hüseyni statusunda bunları da bildirib:
“Bir ata kimi onunla heç vaxt bu qədər fəxr etməmişəm. İndi bir yox, iki gözəl qızım olduğu üçün xoşbəxtəm. Ən çox da Harisin qorxmazlığından, onun əsl özünü dünya ilə bölüşmək cəsarətindən ilham alıram. O, mənə və ailəmizə mərdlik, həqiqət haqqında çox şey öyrətdi. Orijinal yaşamağın nə demək olduğu haqqında. Bilirəm ki, bu proses onun üçün ağrılı idi, kədər və narahatlıqla dolu idi. Transların gündəlik məruz qaldığı qəddarlığa ayıqdır. Amma o güclü və gözə dəyməzdir”.