“X-Men” filminin aktyor heyəti açıqlandı

“X-Men” filminin aktyor heyəti açıqlandı
17 avqust 2026
# 14:50

"Marvel Studios" tərəfindən ərsəyə gətirilən yeni "X-Men" filminin aktyor heyəti rəsmən elan edilib.

Kulis.az xəbər verir ki, bu barədə “Disney” şirkəti keçirdiyi tədbirlərin birində məlumat yayıb.

Ekran işində Mister Sinister obrazını Adam Drayver, Profesor Ks obrazını Kristofer Ebbott canlandıracaq.

Heyətdə həmçinin Samara Vivinq, Kit Konnor, Inde Navarrette və Maya Boyd yer alıb.

Sedi Sink isə "Spider-Man: Brand New Day" filmində canlandırdığı "Jean Grey" obrazı ilə yeni "X-Men" filmində də tamaşaçı qarşısına çıxacaq.

Təqdimatı 5 may 2028-ci il tarixinə planlaşdırılan "X-Men" filmi ilə yanaşı, tədbirdə "Avengers: Doomsday", "Star Wars" seriyası, "Percy Jackson and the Olympians" serialının yeni mövsümü, eləcə də "Tangled", "Coco 2", "Oswald" və "The Bluey Movie" kimi layihələrdən ilk kadrlar nümayiş olunub.

# 98 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər